news Image
2014.05.12
16:14
| A A A
O yenidən "Yaşamaq gözəldir" verilişi ilə qayıtdı

Ölkənin ən reytinqli radio səhər şoularından olan Araz FM-də yayımlanan "Üçü birində"nin keçmiş aparıcısı Murad Həşimov bu gündən etibarən Region TV-də yeni üslubda yayımlanacaq "Yaşamaq gözəldir" verilişində aparıcılıq edəcək. Ötən həftə xəbərləri son dəfə təqdim edib tamaşaçılarla vidalaşan televiziya və radio aparıcısı, özünü sözügedən proqramda ona yad olmayan tərzdə göstərəcək. Bu haqda Murad Həşimov açıqlama verərək Movqe.az-a bunları deyib: "Eyniadlı layihə Kanal S-də əvvəldən yayımlanır. Amma artıq formatı fərqlidir. Bir sözlə, proqramda hər şey-həm format, həm texniki məsələlər dəyişir. Verilişdə demək olar ki, hər şeydən danışacağıq. Qeyd edim ki, proqramın əvvəlki aparıcısı dəyişməyib. Sona Alməmmədova da aparıcılığını davam etdirəcək. O, proqrama dəvət olunan həkim, psixoloq, dietoloq və digər tibbə aid qonaqlarla mövzuya birbaşa yanaşacaq. Mənim həmsöhbətlərim isə müxtəlif insanlar olacaq. Dəvətlilər arasında məşhur sənət adamları da olacaqlar. İnanıram ki, bizim proqram tamaşaçıların daha çox baxdığı proqrama çevriləcək". Xatırladaq ki, "Yaşamaq gözəldir" proqramı ölkədə yeganə verilişdir ki, yeni açılan Region TV və bölgələrdə olan telekanallar -Kanal S(Şəki), RTV(Xaçmaz), El TV(Yevlax), KTV( Gəncə), CTV(Lənkəran)-də eyni vaxtda canlı yayımlanacaq. Proqram həftəiçi 5 gün saat 14.00-da efirə çıxacaq.

Tanınmış diktor Rafiq Həşimovun tələbəsi olan Murad Həşimovu Azərbaycan tamaşaçısı və dinləyicisi Mədəniyyət kanalında yayımlanan"Buta" Mədəniyyət Xəbərlərinin, eləcə də Araz 103.3 FM Radiosunda yayımlanan məşhur "Üçü birində" səhər şousunun aparıcısı kimi yaxşı tanıyır. Murad, eləcə də 2013-cu ilin mayından başlayaraq bir müddət paralel olaraq İnteraz Televiziyasında "Xeyirli Sabahlar" səhər xəbərlərinin müəllifi və aparıcısı olub. 2013-cü ilin sentyabr ayında Kanal S-ə dəvət olunduqdan sonra Kanal S-də yayımlanan "Günə Doğru" səhər proqramının, 2014-cü ilin 6 yanvarından kanalda Ana Xəbər buraxılışının aparıcısı kimi fəaliyyətini davam etdirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs