news Image
2014.05.13
10:58
| A A A
Tələbatlı bəstəkar Sevda ilə yenidən bir araya gəlib

Bəstəkar  Pərviz Mahmudov və müğənni Sevda Yəhyayeva  yeddinci  iş birliyinə imza atıb. S. Yəhyayevanın ifasında söz və musiqisi P. Mahmudova məxsus "Bağlanıb ürək" mahnısı dinləyicilərin ixtiyarına verilib. Daha bir neçə mahnı üzərində çalışan bəstəkar Movqe.az-a bildirib ki, yeni söz yazarları və musiqiçilərlə işbirliyi qurmağa hazırdır: "Efirlərə çıxmadan belə,  daha çox tələb edilən bəstəkar olmağım məni  sevindirir. Özümü bu işdə şanslı hesab etdiyim üçün istəyirəm bu imkanı başqa  istedadlı insanlara da verim".

Qeyd edəl ki, "Bağlanıb ürək" mahnısını Fərid İman aranjeman edib: "Fərid həm yaxşı dost, həm də  istedadlı musiqiçidir. Onunla daha bir neçə  mahnı üzərində çalışırıq. Bu il mənim bəstələrimi Fəridin aranjemanında çox eşidəcəksiniz".

Xatırladaq ki, S. Yəhyayevanın reperturaınd aolan   "O zaman", "Sənsiz", "Buz kimi", "Saxta", "Sən", "De mənə" mahnılarının bəstəkarı da P. Mahmudovdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs