news Image
2014.05.13
15:18
| A A A
" Yolda polis saxlayanda qışqırırlar ki, biz Alim Qasımovun nəvələriyik "

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova "Gündəlik" verilişinin qonağı olub. 


Axşam.az-ın məlumatına görə, muğam ifaçısı atalara həsr olunmuş proqramda A.Qasımovun ciddiliyindən, evdəki davranışından danışıb:


"Ailə kiçik məmləkətdir. Onun şahı atadır. Şah da Allahın hökmlərini evdə icra edəndir. Alim müəllim də bizim evin şahıdır. Onun öz daxili aləmi var. Biz dərdimizi, sözümüzü hər an ona deyə bilmərik. Gözləməliyik ki, əhvalı yaxşı olsun, onun nəbzini tutmalıyıq, o əsəbləşəndə sakit durmalıyıq. Anam deyir ki, bu kişinin nəbzini tuta bilmirik. Amma bu sərtliklə yanaşı onun mülayim halı da var. Evdə şənlik yaratmağı xoşlayır. Nəvələri onunla qürur duyur. Yolda polis saxlayanda qışqırırlar ki, biz Alim Qasımovun nəvələriyik ey, niyə bizi salxayırsan".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs