Əlaqə Arxiv
news Image
2012.06.28
16:08
| A A A
Məşhur aktrisa küçə itləri üçün Buxarestdə

Movqe.Az bildirir ki, Oscar mükafatlı məşhur aktrisa Hilari Svank küçə itləri üçün təşkil edilən fəaliyyətlərə qatılmaq üçün Rumıniyanın paytaxtı Buxarestə ziyarət edib. "Boys Don't Cry" və "Million Dollar Baby" filmlərindəki performansıyla 1999 və 2003-cü illərdə "Ən Yaxşı Qadın Aktrisa" Oscarına layiq görülən Svank, xəstə və əngəlli uşaqların müalicəsində evcil heyvanların istifadə edilməsini nəzərdə tutan bir proyekt başladan heyvan haqqları təşkilatı "Vier Pfotenin" təşkil etdiyi yığıncağa qatılıb. 37 yaşlı aktrisa, "heyvanların şərtsiz sevgisi, uşaqların müalicə müddətində böyük rolu var. Bununla bərabər,  uşaqlara məsuliyyətli davranmağı da öyrədir" sözlərini deyib. Svank, Buxarest xalqına küçə itlərini öldürmək yerinə onların nəslinin kəsilməməsi çağırışını edib. Buxarestdə 35 mindən çox küçə iti var.

Sizin Reklam Yeriniz