Əlaqə Arxiv
news Image
2014.06.01
21:12
| A A A
EMİN möhtəşəm mükafatlandırma mərasimində (FOTO)
Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov daha bir uğura imza atıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ifaçılıqla yanaşı bizneslə də məşqul olan EMİN və atası Araz Ağalarovun rəhbərlik etdiyi "Crocus City Hall"da ötən gün RU.TV-nin IV mükafatlandırma mərasimi baş tutub. 

Gecədə iştirak edənlər ancaq və ancaq Rusiya səhnəsinin "qaymaqları" olub. Müğənni-bəstəkar EMİN də mərasimin qonaqları arasında yer alıb. O, səhnəyə çıxaraq son hitlərindən olan "Ya jivu luçşe vsex" (Mən hamıdan yaxşı yaşayıram) adlı mahnısını ifa edib. 

Bundan əlavə olaraq gecənin aparıcılığını Viktoriya Bonya və Sergey Nikitinin etdiyi mərasimdə məşhurlar mükafatlarla təltif olunub. Qaliblərin siyahısını və maraqlı görüntüləri sizə təqdim edirik:

"İlin ən yaxşı dueti" – Qriqoriy Leps və Ani Lorak "Zerkalo"

"İlin kreativi" – Ksenya Sobçaq "Rodnomu" "Ən yaxşı RNB layihə" – Timati, Serqey Mazaev və L’One "GQ"

"Ən yaxşı mahnı" – Dima Bilan "Malış"

"Ən yaxşı müğənni" – Stas Mixaylov

"Ən yaxşı mahnı" – Nyuşa

"Ən yaxşı klip" – Natali və Nikolay Baskov "Nikolay, Nikolay"

"Ən yaxşı rok qrupu" – "Bi2"

"Ən seksual klip" – "BİA QRA" "Peremirie"

"Ən yaxşı sauntrak" – Filipp Kirkorov "Radost moya"



































Sizin Reklam Yeriniz