Əlaqə Arxiv
news Image
2014.06.02
13:05
| A A A
Castin Bieber üzr istədi

Mahnılarından çox yaratdığı qalmaqallarla gündəmdə qalmağa başlayan 20 yaşındakı Kanadalı müğənni Castin Bieber , irqçi ifadələr ehtiva edən sözləri üçün üzr istəmək məcburiyyətində qalıb.


Movqe.Az xəbər verir ki, narkotik və spirt təsirində avtomobil istifadə etmək, məskunlaşma bölgəsində sürət limitini aşmaq , qonşularını hədələmək səbəbləriylə ötən aylarda polis tərəfindən nəzarətə alınan Bieber , yeni bir qalmaqal yaradıb.


Bieber 15 yaşında ikən çəkilən videoda "Zəncilər zəncirli mişardan niyə qorxur ?" deyə veriyi, öz sualına  zəncirli mişar səsi təqlidi edərək "Tez qaç, zənci " deyə cavablayır. Amerika ictimaiyyətinin çox böyük etirazına səbəb olan  videonun yayımlanması ilə müğənni Bieber dünən bir şərh edərək üzr istəmək məcburiyyətində qalıb.


 


Bieber , " Gəncliyimdə , bəzi sözlərin gücünü və nə qədər incidici olduğunu qavraya bilməmişdim. Bu incidici sözləri söyləyib , zarafatlar etmək adi bir şeydir sanmışdım , gülünc olmadığını anlamamışdım . İndi anlayıram ki, bu cəhalət imiş " deyib.


İrqçi ifadələr ehtiva edən sözləri üçün hamıdan üzr istəyən Bieber , "Hər mədəniyyətdən olan yoldaşlarımla əlaqələrim mənim üçün ciddi və əhəmiyyətlidir. Uşaq sözlərimlə təhqir etdiyim və incitdiyim hamıdan üzr istəyirəm."deyib.

Sizin Reklam Yeriniz