Roza Zauru belə yerində oturtdu: "Zaurun pula ehtiyacı varsa, mən ona əl borcu yox, hədiyyə pul verərəm"
Ötən gün aparıcı Zaur Kamal 5/5 verlişində müğənni Roza Zərgərlinin
ünvanına xoşagəlməz sözlər deyib. Heç də ürəkaçan açıqlama etməyən
aparıcı Roza Zərgərlinin yalnız pul hesabına məşhurlaşdığını qeyd
edib: "Bir çox müğənnilər var ki, onlar pulla məşhurlaşıb.
Onların adlarını çəkməkdən çəkinmirəm də. Elə Roza Zərgərli... O da
pulla məşhurlaşdı. Pulun hesabına kliplər çəkdirir və tanınır".
Məsələ ilə bağlı Mövqe.az qarşı tərəfin də fikrini öyrənib. Roza
Zərgərli eksklüziv olaraq bu barədə Mövqe.az-a danışıb: "Siz də
mənim haqqımda yazımısınız. Reytinqini də görmüsünüz. Sizə pul
vermişəm? ". Cavabım təbii ki, yox olur və R. Zərgərli fikirlərinə
davam edir: "Bəzən elə müğənni olur ki, sifarişli yazılar yazdırır.
Bu normal bir şeydi. Bu yoldan müğənnilər də, aparıcılar elə özləri
də istifadə edirlər. 15 ildir mən sənətdəyəm. Hər şeyi də bilirəm.
4 ali sənədim var. Zaur bəy desə də ki, o haranı qurtarıb, haranı
bitirib ola bilər məlumatsızdı. Sadəcə maraqlıyam ki, məni dəvət
edirlər. Zaurun qonaqlarından biri də Murad Dadaşov idi. Onların
verlişləri ödənişlidir. Murad məndən pul alıb? Yox. Azər Axşamın
çox saylı verlişlərində qonaq olmuşam o məndən pul alıb? Yox. Azər
Axşam orada çox yaxşı mənim yerimə cavab verdi. Bildirdi ki, Röya,
Abbas və bir çox müğənnilər də klip çəkdirib, pul verirlər. Burada
qeyri-adi nə var ki? Klip çəkiləndə sərmaye qoymalıyıq da...
Mənim 90% mahnılarım pulsuz mənə gəlib, çatıb. Amma indi əksər
bəstəkarlar mahnılarını pulla müğənnilərə verirlər. G. Həsənzadə
mənə 2 mahnı özü də ki, pulsuz şəkildə hədiyyə edib. Zaur bəy
əgər efirdə qadın olmaya-olmaya onu müzakirə edirsə, bu onun
tərbiyəsidir. Mən sənətdə olanda Zaur efirdə yox idi. 4-5 ildi o,
radiodan efirə gəlib. Gündəlik efiri var o da onun heç laiq olduğu
xidməti deyil. Kişi xeylağı qadın haqqında danışmaz. Çox
mədəniyyətsiz təqdimat idi. Mənim yerimə Zaur Kamal kiməsə pul
verib ki, Rozanı efirə çıxart ? Bəlkə Zaur Kamal 2 dəfə məni
verlişinə dəvət edib, mən getməmişəm onun prinsipini aparır ? Və
yaxud da Zaur Kamal salam verib, əvvəllər salamını almamışam ona
görə belə deyir ? Çünki o zaman Roza onu tanımırdı. Mənim
şou-biznesdə heç kimlə aram pis deyil. Sadəcə mənə hörmət etməyənə
hörmət etmirəm və o prosesi də mediayaya çıxartmıram. Ola bilsin
ki, çörəyimin duzu yoxdu. Kişi qadının pulunu sayar? Zaurun pula
ehtiyacı varsa, mən ona əl borcu yox, hədiyyə pul verərəm. Problem
deyil".