Əlaqə Arxiv
news Image
2014.06.03
16:25
| A A A
Humaydan yeni xəbər var

Tarzən, müğənni Humay Qədimova yenilik edəcək. Yüzlərlə mahnıya məlahətli səsi ilə nəfəs verən Şövkət Ələkbərovanın repertuarından oxuyacaq. Hələlik mahnının adını səsləndirməyən sənətçi onun son illər az eşidildiyini vurğulayıb.


"Mahnı valsla başlayır. Düşünürəm ki, bu, mahnı gənclərin həyatında xüsusi əhəmiyyət kəsb edəcək. Bu səbəbdən də musiqiyə bir qədər müasir ritmlər əlavə etmişik. Hazırda aranjeman olunur. Güman ki gələn həftə lentə yazılıb, eşidiləcək".


H.Qədimova klassikaya müraciətin bundan öncəki ifalara yaranan tələbatın davamı olduğunu söylədi:


"İlk səsləndirdiyim mahnı gözəl səsli Elmira Rəhimovanın repertuarından "İntizar" oldu. Sonra xalq artisti,korifeyimiz Zeynəb Xanalrovanın səsləndirdiyi iki məhşur mahnını oxudum. İnsanlarda mahnıya sevgini gördüm. Eyni zamanda müəyyən kütlə mənim ifamda klassik mahnıların uğurlu alındığını bildirirdi. Bu zərurətdən repertuarı bu janrla təzələyirəm" – deyən sənətçi qarşıdakı aylarda klip çəkilişi də düşünür.


Repertuarı bir çox sənətçilərin avazında eşidilən Şövkət Ələkbərovanın mahnılarına illər keçsə də, tələbat ölmür. Xatırladaq ki, bir müddət öncə Türkiyəli məhşur Sibel Can da korifey sənətkarın "Qəbahətin böyükdür" mahnısını repertuarına daxil etmişdi.

Sizin Reklam Yeriniz