Əlaqə Arxiv
news Image
2014.06.03
16:49
| A A A
"Natəvanın kiminsə düşük komplimentlərinə ehtiyacı yoxdur"
Xalq artisti İlhamə Quliyevanın mətbuat sözçüsü Faiq Ələkbərlinin Natəvan Həbibi haqqında söylədiklərinə cavab gecikməyib.   Natəvan Həbibinin prdodüseri Roland Bayramov Teleqraf.com-a açıqlamasında daha sərt danışıb. F.Ələkbərlini "özünü təsdiqləməyən adam" adlandırıb:    "İlhamə xanım yarım il bundan öncə Faiq Ələkbərlini yanından iti qovan kimi qovmuşdu. Onu xəbərçi adlandırmışdı ki, mənim yanımda oturur, haqqımda olan məlumatları başqasına yayır. Bu gün o, bilmir ki, İlhamə xanımın yanında kimdir.    Birincisi, hamı bilir ki, Natəvan Həbibinin konserti çox uğurlu keçib. İkincisi, Faiq ATV-də mənə yalvarırdı ki, niyə Natəvanın konsertinə dəvətnamə vermirsiniz? Natəvan məndən inciyib, niyə konsertinə çağırmır? Mənim nə günahım var?    Üçüncüsü, mən Faiqdən və başqalarından fərqli olaraq heç kimdən qorxmuram. Müğənniyə adı ölkə başçısının sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi verir. Başqalarını deyə bilmərik, amma Natəvanın kiminsə düşük komplimentlərinə ehtiyacı yoxdur. Salamı adətən içəri daxil olan adam verir. Əgər İlhamə düşünürsə ki, o, gələndə hamı onun qabağına qaçmalıdır, yanılır. Natəvan Həbibi heç kimin qabağına qaçanlardan deyil. Və heç kimdən də əskik deyil".   Xatırladaq ki, İ.Quliyevanın mətbuat sözçüsü Faiq Ələkbərli N.Həbibi ilə xalq artisti arasındakı qalmqala münasibət bildirib. Xalq artistinin mətbuat xidməti "İlhamə Quliyevanın "Prinsessa" adlandırdığı Natəvan bu statusunu qoruya bilmədi" kimi şərh verib:   "Hər bir müsəlman üçün salam müqəddəsdir. Çünki salam Allahın adıdır. Amma vurğulayıram, hər bir müsəlman üçün... Odur ki, biz Natəvan Həbibidən incimirik. Çünki tərbiyəsi, mədəniyyəti, kübarlığı olan bir insan səhv edəndə ondan küsər, düz yol göstərər və bağışlayarlar. O şəxsin qabında bunların heç biri yoxdursa, ondan nə küsürük, nə də inciyirik".  - See more at: 
Sizin Reklam Yeriniz