Dəryanın ölümündən sonra Sonaya edilən cadu öz təsirini belə göstərir-ŞOK
Rəhmətlik Hüseyn Dəryanın əsl ölüm səbəbini eksklüziv olaraq
Mövqe.az-a açıqlayan ekstrasens Aqil Məhərrəmov yadınızdadırsa qeyd
etmişdi ki, indi də Hüseyn Dəryanın həyat yoldaşı Sonanı ölüm
gözləyir. Dərya ilə birlikdə Sonaya da, cadu olunduğunu iddia edən
ekstrasens Sonada cadu olduğunu və həmin cadu təmizlənməsə onun
başına bəla olacağı barədə də proqnoz vermişdi. Məsələ ilə bağlı
narahatlıq keçirən mərhum H. Dəryanın həyat yoldaşı Sona "Öz
aramızda" verlişinin qonağı olub. Ekstrasens A. Məhərrəmovun da
iştirak etdiyi verlişdə Sona ekstrasensə sual ünvanlayıb: "Siz cadu
edən həmin kəsdən və ya məhkəmədən qorxmursunuzmu?". Aqil
Məhərrəmov "Mən Allahdan başqa heç kimdən qorxmuram. Sizə cadu
olunub və sizi 3 dəfə əməliyyat gözləyir. Əgər o cadunu
təmizləməsəz gələcək həyatınızı qaranlıq görürəm" deyə cavab
verib.
Sona həqiqəqtən də onda son zamanlar səhhətində bəzi problemlərin olduğunu etiraf edib: " Bəli, hər iki süd vəzimdə problem var. Xoşxassəli olsa da, artıq böyüyüb. 28 yaşım var. Ancaq çox problemlərim var. 41 kilo olmuşam. Heç nə yeyə bilmirəm. Məni belə məsələlərə qatmayın. Aqil bəylə cadunu edən xanımdırsa o özü bilər. Məni heç kəslə üz-göz etməyin. Hüseynin iki övladı görüşüb. Mən istəyərəm ki, onlar arasında problem olmasın. 3 ildir İranda müalicə alıram. Bir neçə günə də İrana yola düşürəm. Həkimlər deyib ki, ola bilər əməliyyat olunum".
Xatırladaq ki, ekstrasens Aqil Məhərrəmovun fikrinə görə, Hüseyn Dəryanın ölümünə səbəb ona olunan cadu olub. Cadu isə Dəryanın birinci həyat yoldaşı tərəfindən edilib ki, Sona və Hüseyn ayrılsın.