news Image
2014.06.04
14:42
| A A A
Rəqsanə “Sevgililər günü”ndə sevənlərə sürpriz edəcək

Mövqe.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılovanın konsertinin vaxtı dəqiqləşdi. Xatırladaq ki, mayın 25-də ad günündə nəzərdə tutulan konsert təxirə düşmüşdü. Sənətçi təşkilatçı Nahid Emiloğlu ilə konserti əlamətdar günə təyin ediblər. Bu, Rəqsanə xanımın əsgər, şəhid, əlil ailələrinə ərməğanı olacaq.


"İyunun 30-u İlhamla Fərizənin toy günləri tarixidi. Biz konserti həmin tarixə keçirdik. Məkanımız Yaşıl Teatrdır. Konsertə bilet satışı olmayacaq. Şəhid, əsgər, ailələri, bir sözlə Vətən uğrunda xidməti keçən hər bir kəsi konsertimə dəvət edirəm. Bunu özümün onlara borcu bilirəm. Həmin günü "Sevgililər günü" kimi qeyd edənlər də konsertə dəvətlidirlər" – deyən sənətçi bilet satışının ümumiyyətlə olmayacağını xüsusi diqqətə çatdırdı.


Konsertdə təqdimat da nəzərdə tutulub. Adını hələ açıqlamaq istəmədiyi yerli rejissorlardan birinin ekranlaşdırdığı "Heydər – İlham – Azərbaycan" mahnısının klipi ilk konsert izləyicisi üçün təqdim ediləcək.


Rəqsanə İsmayılovanın növbəti iki klipi isə konsertdən öncə televiziya və mətbuat işçilərinə təqdim ediləcək. İyunun 15-20 tarixləri arasında nəzərdə tutulan bu təqdimatda Türkiyədə ekranlaşdırılan "Yollarımı verdim sənə" və "Aşk" klipləri nümayiş olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs