Prodüsser müğənniyə: "Demişəm, deyəcəm də fahişəsən!"
Müğənni Natəvan Həbibiyə qarşı çıxanlardan biri də prodüsser Zorik
olub. Neçə illik prodüsseri olduğu müğənnini pisləyən hətta onu
"fahişə" belə adlandıran prodüsser Natəvanı ağ yuyub, qara sərib:
"Natəvan Həbibi, mən Zöhrab Ağayev söylədiyim hər sözümün üstündə
dururam. Məhkəmədə də hər şeyi sənin üzünə deyəcəyəm. Məhkəmədə
açılacaq sandıq, töküləcək pambıq yox, pambıqlar. Sənə heç sehirli
xalatın belə kömək etməyəcək. Şokdayam, Türkmənistandan gələsən,
mənim ölkəmdə ailənlə birlikdə 14 ildən çox qeydiyyatsız yaşayasan…
Nəsli bilinməyən Akopyan! Bu gün məni, ölkənin baş prodüseri Toliki
və xalq artisti Aygün Kazımovanı məhkəməyə verirsən. Bu artıq
qudurğanlıqdır. Çox maraqlıdır, kimdir Natəvanın arxasında dayanan,
ona dəstək olan?! Mən bütün arxivi qaldıracağam. Onunla 7 il
işləmişəm, amma bir dəfə də görməmişəm ki, dövlətə vergi ödəsin.
Akopyan, bütün bunların cavabını verəcəksən. 14 il ailənlə birlikdə
ölkəmdə heç bir qeydiyyatsız yaşamısınız. Yaxşı ki, hüquq-mühafizə
orqanları var. Natəvan, sən Aşqabad batan kimi batdın. Demişəm,
deyəcəm də fahişəsən!"