news Image
2014.06.05
09:40
| A A A
Həyat yoldaşı Emma haqqında: “Çox danışır”

Müğənni Emma Ələkbərzadə həyat yoldaşı Emil bəylə necə tanış olmasından danışıb. 


Axşam.az-ın məlumatına görə, "Sevgi nağılı" verilişinin qonağı olan cütlük ailə sirlərindən bəhs edib. E.Ələkbərzadə həyat yoldaşı ilə sosial şəbəkə vasitəsilə tanış olduqlarını bildirib:


"Mənə sosial şəbəkədə çox kişi, gənc yazırdı. Emil bir kəlmə salam yazdı, gördüm yorucu, bezdirici biri deyil, cavab verdim. Beləcə danışdıq, sonra görüşdük. Emildə ilk əvvəl bəyəndiyim ağ saçları oldu. Hamı bilir ki mən ağ saçların vurğunuyam. İndi xoşbəxtik. Toydan əvvəl Emilə dedim ki, bizim nəsildə qız bir dəfə ailə qurur. Hər bir cütlük arasında problemlər olur. Biz söz-söhbətimizi heç vaxt analarımıza demirik. Bütün sirlərimiz ikimizin arasında qalır. Emil işdən qayıdanda sevindiyimdən oynayıram, sonra isə qucağına atılıram".


Sənətçinin həyat yoldaşı isə onun mənfi xüsusiyyətlərindən bəhs edib:


"Çox danışandır. İşdən gələndə ayaqqabını çıxarıram, istəyirəm ayağım sərinləsin. Şəpitlər geyinmirəm, başlayır danışmağa. Məndə də bu xüsusiyyət var. Xasiyyətlərimiz uyğun gəlir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs