news Image
2014.06.05
11:22
| A A A
Telefon və avtomobil açarları ilə dövlət imtahanına girən müğənni rüsvay oldu !

Tanınmış müğənni Günay İbrahimli dövlət imtahanı verib. Azxeber.com xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olan müğənni imtahanı zamanı çəkilən fotonu sosial şəbəkədə paylaşıb. İmtahan zamanı çəkilən şəkil sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Müğənninin izləyiciləri bu haqda yazıblar: "Əgər Günay xanım imtahana telefonla, maşın açarıyla giribsə, demək ki, sualların cavabını da özü yazmayıb"


"Günay xanım, sizdə imtahan vaxtı biletlərin şəklini də çəkməyə icazə verirlər, əladır ki. Bizdə telefon yaddan çıxıb üsütümüzdə qalsa, həmin anda imtahan nəticələrimiz ləğv olunar".


Məsələylə bağlı Günay İbrahimlinin prodüseri qeyd edib ki, bu şəkil telefonla çəkilməyib. Əməkdaşımızın o zaman şəkli kim çəkib sualına isə prodüserin cavabı maraqlı olub: Şəkil çəkilib, ancaq onun kimin çəkdiyini deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, şəkil imtahandan sonra Günay xanıma çatdırılıb".


Prodüserin cavabından məntiqlə belə anlaşılır ki, Günay İbrahimliyə dövlət imtahanının gedişi zamanı "fotoqraflıq xidməti"ni imtahan nəzarətçiləri və ya universitetinin digər rəsmi şəxsləri göstərib. Halbuki mövcud qaydalara görə, nəinki tələbənin imtahan vərəqini çəkmək, hətta zəruri hallar istisna olmaq onun imtahan vərəqinə baxmaq hüququ yoxdur. Görünür ki, nəzarətçilər bizə bəlli olmayan səbəblərdən əlavə imtiyazlar tanıyırlar.


Məsələylə bağlı Mədəniyyət və İncəsənət universitetindən isə bildirildi ki, məsələylə bağlı məlumatları yoxdur və şəkillə tanış olduqdan sonra bununla bağlı açıqlama verilə bilər.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs