news Image
2014.06.05
11:32
| A A A
Nigar İbrahimovanın bal ayı hələ də davam edir

Müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova yenidən bal ayına hazırlaşır. 


Axşam.az-ın məlumatına görə, vizajist həyat yoldaşı Ruslan Sanıyevlə birlikdə İspaniyaya yollanacaq. 


"Hər ikimizin işi yalnız on gün dincəlməyə imkan verir. Buna görə də, İspaniyada on gün qalacağıq. Bu, bizim yay istirahətimiz hesab ediləcək. Ondan sonra Qəbələdə dincəlməyi düşünürük" deyən N.İbrahimova ailə həyatı qurduqdan sonra işinə olan diqqətinin də azaldığını etiraf edib:

 

"15 ildir, biznes qurmuşam. Bütün fikrim ancaq işimdə olub. Amma ailə həyatından sonra diqqətimin 60 faizini biznesimə ayıra bilirəm. Qalan vaxtımı isə ailəmə sərf edirəm. Ev işlərini görürəm. Ruslan geyimə qarşı çox kaprizlidir, libaslarının ütüsünə xüsusi diqqət ayırır. Ruslan da işlərimdə mənə dəstək olur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs