Əlaqə Arxiv
news Image
2014.06.05
16:15
| A A A
Yaşarın "Ulduzlu gecə"si artıq hazırdı -video

Müğənni Yaşar Cəlilovun yeni "Ulduzlu gecə" mahnısı dinləyicilərin ixtiyarına verilib. Movqe.az-ın məlumatına görə, 106.3 FM-də kompozisiyanın təqdimatı olub. "Ulduzlu gecə"nin musiqisi  Azərbaycanın Fövqəladə Hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərova  (Kamal), sözləri nəğməkar şair Baba Vəziroğluya  məxsusdur. "Ulduzlu gecə"  lirik janrdadır.

Y. Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarından və televiziya efirlərində eşidiləcək: "Özümü şanslı müğənni hesab edirəm. Hər bir müğənninin arzusudur ki, o insanlarla işbirliyi qursun. Müğənnilərin arzuları çox olur: biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir ".

Mahnını aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kkompozisiyanın  aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y. Cəlilovu  Türkiyənin peşəkar skripkaçıları müşayət edib. 

"Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.

Mahnını bu linkdən dinləyə bilərsiniz:



Sizin Reklam Yeriniz