news Image
2014.06.06
09:55
| A A A
Habil Əliyev xəstəxanaya düşüb

Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyev xəstəxanaya düşüb.


Movqe.az-ın Modern.az saytına istinadən xəbərinə görə, 5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhətilə bu tibb ocağına yerləşdirilib. 

Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.

Saytın əməkdaşı bu gün Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlayaraq, Habil Əliyevin vəziyyətini xəbər almaq istəyib. Məlum olub ki, xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb. Həkimlər xalq artisinin vəziyyəti yaxşılaşdığına görə onu evə buraxıblar.

Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs