news Image
2014.06.06
10:49
| A A A
Məleykə Əsədovanın qızına sistem vurulur - açıqlama
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova qızı Gülərin xəstəxanaya yerləşdirilməsi haqda yayılan xəbərlərə münasibət bildirib. "Qafqazinfo"ya açıqlamasında xalq artisti hazırda xəstəxanada olduğunu deyib: 


"Hazırda Sabunçu xəstəxanasındayıq.  Axşam qızımın halı pisləşmişdi, qızdırması qırx dərəcəni keçdi. Biz də xəstəxanaya yerləşdirdik. Həkimlər müayinə edir, hələ bu haqda danışa bilmərəm. Başım qızıma qarışıb. Qızıma bu qədər can yandırdıqları üçün həkimlərə minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar". 

Qeyd edək ki, xalq artistinin qızının xəstəxanaya yerləşdirilməsi haqda məlumatı publika.az saytı yayıb.


***

Xalq artisti qızı Gülərlə bağlı Mövqe.az saytına da açıqlama verib: " Hal-hazırda qızımın vəziyyəti yaxşıdır. Heç bir xəstəlik yoxdu. Gülər bizi çox qorxutdu. Bu gün sistemləri var. Ancaq sabahdan evə buraxılacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs