news Image
2014.06.06
16:36
| A A A
Azərbaycanlı biznesmenin sevgilisi qəzəbləndi - video

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Ebru Polad azərbaycanlı həmkarı Sabrina üçün yeni aranjemanda hazırlanan və diqqət çəkən görüntülərdən ibarət klip çəkilən Türkiyənin klassik mahnılarından olan "Çilli bom"u oğurlayıb.

Mövqe.az xəbər verir ki, artıq məsələylə bağlı müğənni Ebru Polad və layihənin rəhbəri, qardaş ölkənin tanınmış rejissoru, moda və reklam fotoqrafı Şenel Aldı açıqlama veriblər.

Oğurluq olmadığını deyən E.Polad bildirib ki, mahnının qanuni haqqları onun özünə məxsusdur. Müğənni iddia edib ki, "Çilli bom" mahnısını hər kimsə oxuyarsa, onu məhkəməyə verib yüksək məbləğdə təzminat tələb etmək hüquqa sahibdir:

"Mahnının bütün qanuni haqqları məndədir. Mən mahnı üçün sahibinə ödəniş etdim və rəsmi sənədləri aldım. Mahnını tək mən oxuya bilərəm. Bu mahnının sahibi olan "Taksim edition" yeganə qanuni şirkətdir və mahnını oxumaq üçün sadəcə mənə icazə verilmişdir. Mən də qanuni sənədləri var. Bunun əksini bəyan edənlər bunu sənədlə sübut etmək məcburiyyətindədirlər. Əks təqdirdə, məhkəmədə lazım olanı ediləcək və təzminat iddiası qaldırılacaq. Elə hər kəs başına görə mahnı alıb oxuya bilməz. Müğənni qanuni prosedura görə mahnının sahibinə ödəniş etməli və sənəd almalıdır.

Bu xanım da həmin sənədi göstərsin. Onda elə sənəd yoxdur və mahnının sahibindən icazə almayıb. Məndə icazə sənədi var və sadəcə mənim oxumağıma icazə verilib. Qanuni haqq məndə olduğu üçün mən şikayət etsəm, çox böyük pul ödəmək məcburiyyətində qalacaq. Amma mən Azərbaycanlı qardaşlarımı çox sevdiyim üçün əsla şikayət etmərəm".

Müğənni Sabrinaya "Çilli bom" mahnısını oxumağı təklif edən Ş.Aldı isə çox maraqlı fikirlər səsləndirib. O, qeyd edib ki, Ebru Polad ilə Sabrina dostdurlar və "Çilli bom" mahnısını duet oxumalıydılar:

"Sabrina mənim dostumdur və mahnını ona mən təklif edib hazırladım. Sabrina mahnını oxuyandan sonra Ebru Polad da bəyəndi. Mahnını Azərbaycanlı Hatəm Nəbioğlu aranjeman edib. Mahnının ilk ifaçısı Sabrinadır və mahnı məhz Sabrina üçün hazırlanıb. Daha sonra isə Ebru Polad mahnını çox bəyəndi və oxumaq istədi. Mən də Ebru Polada Hatəm bəylə görüşməyini dedim. Onlar görüşdülər və Hatəm bəy də oxumağa icazə verdi. Ebru da oxudu. Hazırda da işləri yaxşı gedir.

Düzdür, Ebru Polad mahnının Türkiyədəki haqqlarını alıb. Sabrina mahnını Azərbaycanda oxuya bilər, orada heç bir problem yoxdur, ola da bilməz. Ebru Sabrinanı məhkəməyə verməz. Belə bir məqam var ki, onlar bu mahnını duet oxumalıydılar. Hesab edirəm ki, Ebru Polad mahnını çox bəyəndiyi üçün oxumaq istədi. Paylaşmaq istəmədi. Sabrina ilə Ebru Polad dostdurlar. Ebrunun Türkiyədəki şəkillərini mən çəkirəm. Sabrinanın ifa etdiyi bu mahnıya klip çəkilişləri zamanı Ebru onun səsini çox bəyəndi. Həqiqətən Sabrianın səsi çox yaxşıdır. O, səs baxımından Türkiyədə Sibel Can, Yıldız Tilbe, Ebru Gündeş kimi müğənnilərlə eyni səviyyədədir. Anlaya bilmirəm ki, Azərbaycanda Sabrina niyə məşhur deyil? Səsi çox gözəldir, amma deyəsən orada elə də tanınmış deyil. Məncə, Sabrina "Çilli bom" mahnısıyla çox böyük addımlarla irəliləyəcək. Amma mahnı məhz Sabrina üçün hazırlanıb, Ebru üçün hazırlanmayıb".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs