news Image
2014.06.06
18:03
| A A A
Xalq artisti nənə oldu

Xalq artisti Fidan Qasımova nənə olub. Fidan xanımın oğlu Fəridin qızı dünyaya gəlib. Yeni doğulan körpə sənətkara ilk dəfə nənəlik sevincini yaşadıb. Körpə 2 iyunda dünyaya gəlib. Uşağa hələ ad verilməyib. Gəlişi ilə ailəyə böyük sevinc bəxş edən körpəyə hələ ad verilməyib. Ailə üzvləri bir neçə ad üzərində düşünürlər. 

Xatırladaq ki, F.Qasımova Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır (1984).

Onun ifa etdiyi partiyalara Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. Repertuarına Azərb. (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərb. xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir. 

1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 1992-ci ildən İstanbul Dövlət Universitetinin Konservatoriyasının professorudur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.anspress.com

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs