Əlaqə Arxiv
news Image
2014.06.06
19:25
| A A A
Vasif: "Mən imkanlı kişinin oğluyam" - ÖZƏL

Bu gün müğənni Vasif Məhərrəmli "Adam içində" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, müğənninin verliş zamanı işlətdiyi "Bakıda yaşamaq özü bir cəhənnəmdə yaşamaq deməkdir" fikri heç də birmənalı qarşılanmayıb. Bəziləri müğənninin bu fikrinə irad tutub, hətta Vasif Məhərrəmlini sadə kən övladı, adlandıranlar da olub. Maraqlıdır görəsən bu iradlara Vasif Məhərrəmli özü nə deyəcək ?

Mövqe.az-ın əməkdaşı ilə söhbətləşən müğənni V. Məhərrəmli açıqlamasında qeyd edib: " Mən nəyi axı düz deməmiəm ? Bakı bu dəqiqə cəhənnəmdir. Biz də o cəhənnəmdə yaşayırıq. Bəlkə düz demirəm? Bəlkə Bakının ekologiyası əladır? Mən onu məcazi mənada demişəm. Ekolojı baxımdan... Bəlkə Bakıda 1 milyon yarımdan artıq avtomobil yoxdu ? Bəlkə hər evdə kondisioner yoxdu? Mən harasa gedəndə Bakı üçün darıxıram, Qazax üçün yox. Bakı üçün burnumun ucu göynəsə də, reallıq budur. Ekologiyamız pis gündədir. Sözlərimin arxasındayam".

 Müğənni onu kəndli övladı adlandıranları da tənqid edib: " Bildiklərini danışsınlar. Mən kəndli övladı deyiləm. Mən kifayət qədər ziyalı və varlı ailədən çıxmışam. Bu sənətə də ehtiyac üzündən gəlməmişəm. Bir sözlə, mən imkanlı kişinin oğluyam".

Sizin Reklam Yeriniz