news Image
2014.06.09
17:30
| A A A
"Ayıq başa yaxşı oğlansan, Rəhim"- Faiq Ağayev Rəhimlini belə susdurdu

Xalq artisti Faiq Ağayev həmkarı Rəhim Rəhimlinin onun haqqında dediyi fikirləri cavabsız qoymayıb. Xalq artisti Rəhim Rəhimliyə dediyi sözlərlə və çəkdiyi sitatlarla cavab verib. Mövqe.az həmin açıqlamanı sizə təqdim edir: "Atalar yaxşı deyib ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Rəhimin dediklərinə çaş bir hala düşməsi səbəb olub. Əlbəttə ki, istinad etdiyi fikirlərimi özgə dilindən eşidib. "Zamanım deyil" dediyimdə, "abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanlar"ı nəzərdə tutmuşdum. Bəli, belələri arasında yerim olmayıb, yoxdur və  in şa Allah ki, heç vaxt da olmayacaq. O ki, qaldı sənətə, bu məmləkətdə ele Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam.

Rəqabətə də can atmıram, o da - düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq və ya yaxınımda duran bele birisi yoxdur hələ ki...

Xəyallarını gerçək kimi bu millətə yedizdirtmək istəyində olanlara səmimi yazığım gəlir. Elə Rəhim özü də, anlayır ki, onun mövqeyi Azerbaycan musiqisinde həlledici deyil, fikrini də ciddiyə alan yoxdur xalq arasında.

Yeni mahnını reklam üslübunu səhv seçmisən, Rəhim.

Hədəfin - azsaylı dedi-qoduçuların müəmmalı "ləzzəti" deyil, 9 millionluq tamaşaçı toplumunun səsləndirdiyin melodiya və sözlərə istəyi və rəğbəti olmalıdır. Belə də ki, ayıq başa yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən.

Uğurlar sənə, gənc dostum!".

Xatırladaq ki, "Onlar" verlişində Rəhim Rəhimli Faiq Ağayevin zamanı keçdiyini deyib: "İllərdir ulduzluğunu qoruyan kişi müğənnisi isə yoxdur. Abbas, Miri Yusif mahnılar yazdırır, üzərində işləyir. Amma tam rəqabət yoxdur. Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil".


"Onlar" verlişində olan qalmaqallı açıqlamanı da sizə təqdim edirik: 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs