news Image
2014.06.11
11:03
| A A A
Rəhim Rəhimli dediklərini dandı, geri addım atdı !

Müğənni Rəhim Rəhimlinin " Artıq Faiq Ağayevin zamanı deyil" deməsi qalmaqala səbəb olub. Fiaq Ağayevin və Aygün Kazımovanın Rəhim Rəhimliyə verdiyi cavabdan sonra müğənni R. Rəhimli geri addım atmalı olub. Mövqe.az xəbər verir ki, başlıq seçməkdə jurnalistləri qınayan müğənni dediklərini bir növ təkzib edib: "Bu yaxınlarda maqazin proqramlarının birində verdiyim açıqlama heç bir təhqir daşımadığı halda müsahibə ilə bağlı yazılan başlıqlar əsnasında dəyərli və möhtərəm xalq artistimiz Faiq Ağayev bunu belə qəbul edib. Hörmətli media mənsubları, ilk əvvəl nəzərinizə çatdırım ki, mən özümdən yaşca və sənətcə böyük olan birini təhqir edəcək mədəniyyətə sahib deyiləm. Dediyim sözlər də Faiq Ağayevin "Facebook" səhifəsində paylaşdığı fikirlərə əsaslanıb. Təəccübləndiyim məqam odur ki, Faiq bəyin düşüncəsini heç bir təhrifə məruz qoymadan təkrarlamağım niyə yanlış anlaşılıb? Nə xoş təsadüf ki, cənab Qızıl Şlyagerin o gün oxuduğum statusu mənim yeni mahnımla həmfikirdir. Xalq artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə, mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət fikirlər dayanmalıdır? Müsahibəmdə də bildirdiyim kimi acizanə düşüncəm odur ki, hələ də uğurları təkrarlana bilməyən xalq artistimiz Faiq Ağayevdir. O, gənc yaşda əməkdar, xalq artisti adını almış heç bir rəqibi olmayan sənət adamıdır. Onunla dostluğumuz, işbirliyimiz olub. Bir-birimizi ayıq başla da, dost məclislərində də tanımışıq. Bu qədər şeydən sonra bir-birimizin dediklərində təhqir axtarmaq lazım deyil. Bu olsa-olsa dost fikiri ola bilər ki, buna da Faiq bəyin ehtiyacı yoxdur. Məsələn, mən arzu edirəm ki, yeni mahnıma fikir bildirsin. Bu məni daha çox məmnun edərdi".


Qeyd edək ki, F. A-nın fanatları  Rəhim Rəhimlini illərin sənətkarı olan Faiq Ağayeva söz atmaqda qınayıb və bunu onun sadəcə yeni mahnısının reklamı üçün etdiyini açıqlayıb. Faiq Ağayev də açıqlamasında bu atmacanın sadəcə PR məqsədi daşıdığını açıq-aşkar söyləyib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs