Azərbaycanlı müğənni: "Bir şillə çəkdi, başım gicəlləndi"
Müğənni Elnarə Abdullayeva bu dəfə ailə həyatı ilə gündəmə gəlib.
Mövqe.az xəbər verir ki, "Şou+" verlişində qonaq olan muğam ifaçısı
açıb sandığı, töküb pambığı. Belə ki, müğənni həyat yoldaşının ona
əl qaldırması halını da etiraf edib : "Həyat yoldaşım bircə dəfə
mənə əl qaldırıb. Bu 17 ildə bir dəfə şillə yemişəm. Toydan evə gec
gəlmişdim. O da dedi ki, qadın xeylağı da evə bu vaxt gələr. Dedim
ki, toylar bu vaxt bitirdə. Bir şillə çəkdi, başım giccəlləndi.
Təzə evlənmişdik. Oturtdum, başa saldım, izah etdim ki, bu mənim
işimdi. səndən əvvəl mənim üç qardaşım var. Namusu qadın əvvala özü
üçün, sonra el-oba sonda isə əri üçün saxlayar. Ondan sonra
problemimiz olmadı".