Əlaqə Arxiv
news Image
2014.06.11
18:12
| A A A
Azərbaycanlı kişi aparıcılar "gey" söhbətinə görə eksperti topa tutdular

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov ölkədə fəaliyyət göstərən özəl televiziya kanallarını və kişi aparıcıları sərt tənqid edib. Ekspertin "Bu da bir həqiqətdir ki, gey, "mavi" aparıcıları dəstəkləyən məmurlarımız var" fikri müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Bəs görəsən ekspertin bu fikirlərinə efir məkanımızın bəzəyi olan teleaparıcılarımız nə deyəcək? Mövqe.az-ın əməkdaşı kişi aparıcıların fikirlərini öyrənib: 


Murad Arif: "Şəxsən mənə tamaşaçı olaraq aparıcının səlis nitqi, xarizması, məntiqli fikri və mövzusuna uyğun olması daha çox maraqlıdır. İnsanların irqi, orientasiyası, çatışmazlıqları, dini inancları önəmli deyil. Biz cəmiyyətdə hər tip insanla rastlaşır, əməkdaşlıq edirik. Məncə insanlarda digər keyfiyyətlərə önəm verilməlidir. Misal üçün, peşekarlıq, mədəniyyət, məsuliyyət və s. Cinsi həyat hər kəsin şəxsi işidir. Azərbaycanda dahi sənətkar, korifey statusuna çatmış mavilər də olub. Bu qəribəliklər işıqlandırılmayıb deyə, hələ də o dahilərlə qürur duyuruq. İnsanı qəribəliklərinə görə deyil, işinə görə qiymətləndirməliyik. Freddi Mercury, Çaykovski, Zemfira, Zeki Müren, Oskar Uald, Leonardo Da Vinçi dedikdə ağlımıza ilk növbədə "SƏNƏT" gəlir, onların cinsi həyatı yox".


Elgiz Əkbər: "Soruşun ad açıqlasın. Mənim verlişimin daimi ekspertlərindən biridir Rəşid müəllim. Gey aparıcılar məni maraqlandırmır. Mən bilmirəm. Siz çox nahaq yerə mənə zəng vurmusunuz. İnsanların şəxsi həyatı mənə maraqlı deyil".


Şəhriyar Əbilov: "Yaşlı kişidir. Danışıb da…Mən bığlı əsl kişi aparıcıyam. Azərbaycanda kişiliyi qoruyan aparıcılarından biri də mənəm. Özümə cavabdehəm. Görməmişəm bilmirəm".


Cavid Gül: " Rəşid müəllim geylər üzrə ekspertdi ? Mən vallah bilmirəm. Nə deyim, yanlarında məni aparmayıblar, mən olmamışam. (gülür –red) ".


Tural Ozan: "Ciddi problemdir! Xəstəlikdir, sosial ədalətdir nəbilim onlarıda Allah yaradıb deyib bugün artıq ekranlarımız tam maviləşib. Xeyr, əslində bugün televizorda gördüyünüz geylər heçdə nə xəstədilər, nə də elə yaranıblar. Sadəcə mavi ekran sözündəki mavi sözünü əsas götürüb üz tutublar televizyalara. Bəli , bugün efirə çıxan aparıcı efir estetikasında fikir verməlidir. Amma bu ona əsas vermirki ki, kişiliyini, şəxsiyyətini bu yolda qurban versin. Hətta son zamanlar cəmiyyətdə belə bir fikir yayılıb ki, "efirə çıxan kişi aparıcı mavidir". Mən bunu deyən insanları qınamıram, o vəziyyəti yaradanları qınayıram. Bağışlayın məni mavi bir aparıcı necə çıxıb efirdə, ailədə ər və arvad münasibətləri ilə bağlı mövzudan danışa bilər ?! Əgər bu gün Azərbaycanda hicablı aparıcı yoxdursa gey aparıcıda olmasın ! Bu əsl sosial ədalət və bərabərlikdir.


İsa Şükürov: "Kimin homoseksual, kimin heteroseksual olmasından Rəşid və ya digər RƏşid müəllim simasında müəllimlərə nə var ? Hərə öz həyatını yaşamalıdır. Nə qədər axı başımızı özgəsinin həyatına, boşqabına soxacağıq ?! Düşünürəm ki, hər kəs öz ailəsini fikirləşməli və onlara nəzarət etməlidir. Bir qrum insan yığışıb cəmiyyəti dəyişə bilməz. Məsləhət, nəsihət verə bilər? Hələ görün bu cəmiyyətə onların nəsihəti, məsləhəti lazımdırmı ? Şəxsən mən hər kəsə normal yanaşıram. Kiminsə dərdini çəkib həyatımı qəlizləşdirə bilmərəm. Bəlkə də kimsə gündəmə gəlmək üçün bu kimi mövzulara müraicət edir deyə bilmərəm. Mən homoseksuallara da, heteroseksuallara da normal yanaşıram. Bircə zoofillər mənə qəribə gəlir".


Sizin Reklam Yeriniz