news Image
2014.06.11
18:00
| A A A
Xalq artistinin qızı biznesini böyütdü

Tanınmış stilist-vizajist Şəfəq Novruzova biznesini genişləndirib. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qızı olan Şəfəq gözəllik salonu şəbəkəsinə daha birini əlavə edib. Movqe.az-ın məlumatına görə, gözəllik  salonun açılış mərasimində başda vizajistin ailə üzvləri – atası R. Novruz, anası və qardaşı müğənni Cavidan Novruz olmaqla bir çox tanınmış simalar da da iştirak edirdi. Onların arasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artsitlər Vəfa Zeynalova, Münəvvər Əliyeva, Anar Heybətov, müğənnilər Zarina Məmmədova, Emil Bədəlov, Xatun, Məryəm Şabanova, prodüser Təranə Səmədova, aparıcı Lamiyə Ələkbərqızı və KİV nümayəndələri də vardı.

Övladları ilə qürur duyduğunu deyən deyən xalq artisti R. Novruz onlara hər zaman dəstək olduğunu dedi: "Övladlarıma hər zaman məsləhətim bu olub ki, yaxşı bacardıqları işlə məşğul olsunlar. Onlara sənət seçimindən mane olmamışam, amma məsləhət vermişəm".

Atası və qardaşındən fərqli yol seçən Ş. Novruzova isə bu işə biznes kimi baxmadığını dedi: " Əslində elə mən də yaradıcı işlə məşğulam. Əsas məqsədim budur ki, hər evdən mənə bir dua gəlsin. İstər ustalarım, istər müştərilərimin duaları məni çox sevindirir. Allah mənim başımdan ona görə tökür ki, mənə dua edənlər çoxdur".

17 ildir vizaj sənəti ilə məşğul olan Şəfəq qadınlara məsləhət verməyi də unutmadı. Vizajist makiyajda daha çox göz kölgələrinə önəm verməyi məsləhət gördü: " Göz kölgələrindən, göz xətlərindən düzgün istifadə etmək laızmdır. Saçlarda isə təbiiliyə üstünlük versinlər. Bəzən öz yığdığımız saşlar daha təbii olur. Biz müştərilərimiz təbiilik veririk . Biz iş başında olanda madiyyatı unuduruq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs