news Image
2014.06.12
09:30
| A A A
Namiq Qaraçuxurlu : “Hamı bilir ki, sənətə kimin hesabına gəlibsən”

Qalmaqal görəndə başını tutub, qaçan Namiq, "İncə sənət"də həmkarlarına od-alov püskürüb. Movqe.az xəbər verir ki, meyxanaçı, bütün işini-gücünü atıb qalmaqallarla məşğul olan həmkarlarına ikrah hissi ilə cavab verib."Elə insanlar var ki, qalmaqala yaradıcılıq kimi baxırlar. Səhər yuxudan oyanan kimi, müəyyən saytlardan "kim-kimi söydü, kim-kiminlə qırğın etdi" xəbərlərini oxuyurlar. Dava-qırğın etmək cavana ya da xalq artisti olmağa baxmır. Bu çevrədən və daxili mədəniyyətdən asılı olan bir şeydir. Biri onun haqqında söz deyəndə, gecələr yata bilmir ki, necə cavabını verim. "

Özünün qalmaqaladan uzaq durmağa çalışdığını deyən Qaraçuxurlu, bu sənətə gələnlərin hansı yollara əl atmalarının da paxırlarını açıb.

"Sənətə öz istedadı ilə yanaşı, başqa yollara əl ataraq gələnlər də var. Hami bilir ki, bu kimin adamıdır və kimin hesabına gəlib. Həmin adam çıxır efirdən eşqdən, sevginin müqəddəsliyindən danışır, səhəri günü tədbirdə gəlir bizlə öpüşür, görüşür. Dünən dediklərin nə idi, bu gün etdiklərin nədir?"

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs