news Image
2014.06.13
10:20
| A A A
Yaraşıqlı müğənni: "Sevgi üçün darıxdığım vaxtlar olur"

"Bu estafetdir. Bundan əvvəl  yaradıcılıqda bizə dəstək olublar. Biz də bu yolun cığırını gedə biliriksə, demək, onların borcunu veririk".


Mövqe.az xəbər verir ki, bunu  ATV telekanalının "Gündəlik" verilişində qonaq olan şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. Müğənni Yaşar Cəlilovla verilişdə qonaq olan şair onunla yeni işbirliyindən danışıb. B.Vəziroğlu Y.Cəlilovun ifasında musiqisi Kamal, sözləri özünə məxsus olan "Ulduzlu gecə" mahnısının da uğurlu  alındığını bildirib.


Kompozisiyanı ifa edən Y.Cəlilov ilk dəfədir bu yaradıcı heyətlə işbirliyi qurduğunu deyib: "Bu mahnının sevgidən olması ürəyimdən xəbər verdi. İnsanın ilk sevgisi anasından başlayır. Zamanla sevgilər böyüyür və bu sevgi üçün darıxdığım vaxtlar olur ".


Y.Cəlilov aparıcı Mətanət Əliverdiyevanın onun  efirlərdə az görünməsi ilə bağlı sualını belə cavablandırıb: "Qalmaqala ehtiyacım yoxdur. Abır- həya yaxşı şeydir. Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır. Həm də efirlərə çıxmaq üçün dəstək də lazımdır".


Verilişin ən maraqlı məqamı aparıcının  müğənnini  Əməkdar artist İlqar Muradova bənzətməsi olub. Buna B.Vəziroğlu da münasibət bildirib: "Yaşar  İ.Muradovu xatırladır. Onların səmimiyyəti, səhnədə duruşu, oxu tərzi bənzərdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs