news Image
2014.06.14
17:17
| A A A
Pink jurnal üçün soyundu (FOTO)
Müasir dövrün gənclərinin zövqünü oxşamağı bacaran məşhur müğənni Pink "Who" jurnalı üçün çılpaq kamera qarşısına keçib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, cazibədar fotoları ilə yanaşı maraqlı müsahibə verən sənətçi şəxsi həyatı və görünüş mövzusuna da toxunub. Bir çoxları onun artıq çəkisi olduğunu desələr də, Pink bədən quruluşundan razıdır: "Hal-hazırda mən ən gözəl formadayam. Əgər istəsən az zamanda bir neçə kiloqram çəki ata bilərəm, amma sümükdən ibarət qadın olmadığım üçün xoşbəxtəm".

Hər zaman diqqət mərkəzində və səhnələrdə olan insanlar bədən quruluşları və çəkilərini nəzarətdə saxlayırlar, Pink isə konplekslərdən uzaq olan bir ifaçıdır. Bir müddət əvvəl ifaçı 5 uşaq anası olmaq istədiyini dilə gətirmişdi elə bu səbəbdən də pərəstişkarları və digərləri onun hamiləliyi barədə xəbər tutanda təəccüblənmədilər. 

Qeyd edək ki, Pink Keri Hart ilə evlidir onların 3 yaşlı Uillou adlı qızları var, bir müddət sonra isə cütlüyün ikinci övladı dünyaya gələcək.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs