Əlaqə Arxiv
news Image
2014.06.14
20:05
| A A A
EMİN 20 min tamaşaçı qarşısında çıxış edib (FOTO)
Ötən günlərdə Bakıda yerli media ilə görüşən bəstəkar-müğənni Emin Ağalarov Moskvada çıxış edib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ifaçı iki gün öncə Müstəqillik gününü qeyd edən Rusiyanın təşkil etdiyi konsert proqramında çıxış edib. 20 mindən artıq insanın toplandığı Qızıl Meydanda EMİN sevilən mahnılarını səsləndirib. Müğənni və bəstəkarlıqla yanaşı Rusiyada bizneslə məşğul olan EMİN mahnılarını səsləndirdiyi zaman meydana toplaşanlar ayaq üstə rəqs ediblər. 

Xatırladaq ki, Emin Ağalarovla yanaşı konsertdə Soso Pavleaşvili, Aleksey Çumakov, Lyube, Bi-2, T9, "23:45" qrupları, Qriqoriy Leps, Diskoteka Avariya, Yolka və digər sənətçilər iştirak ediblər. 

Saat 23:00-da başa çatan konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olub.

















Sizin Reklam Yeriniz