news Image
2014.06.18
11:57
| A A A
Müğənni başı ermənilər tərəfindən kəsilən qardaşı haqqında danışdı
"Düz üzünə" verilişinin növbəti çəkilişində gərgin anlar yaşandı. 1994-cü ildən bu günə kimi sirr saxladığı, qəlbinə yük olan ağrını Elariz Məmmədoğlu efirə danışdı. Ermənilər tərəfindən başı kəsilən döyüşçü qardaşı haqqında danışan müğənninin dəfələrlə halı pisləşdi. Çəkiliş dayandı. Aparıcı İradə İsaq çox qorxdu. Qorxdu ki, Elarizin çəkiliş meydançasında ürəyi gedə bilər. Çünki müğənninin həyat yoldaşı İradə xanıma çəkilişdən əvvəl bildirmişdi ki, qardaşı haqqında danışanda o pis hallara düşür. Hələ də anasını ovutmaq üçün oğlunun əsir olduğunu söyləyirlər. Anaya cəsarət edib bu faktı demirlər ki, ana ürəyi bu dərdə dözməyə bilər. Oğul dərdinə dözməyən atasını itirən Elariz anasını qoruyub saxlamaq üçün bu addımı atır. Çoxlarının əsir, şəhid olduğu kim bilinən qardaşının ölüm təfərrüatları verilişdə açılacaq. Hələ də meyitinin yeri bəlli olmayan döyüşçü anası oğlunun yolunu gözləyir. Ana bilmir ki, onun oğlu bir daha geri qayıtmayacaq.
Qeyd edək ki, veriliş iyunun 17-də saat 21:30-da ATV kanalında efirə gedəcək. Elariz bəy eksklüziv açıqlamasında qeyd etdi ki, "Düz üzünə" verilişini də anasından gizli saxlayacaq. Çalışacaq ki, ailəsi və doğmaları ilə bərabər veriliş efirə gedən zaman ananın başını başqa işlərə qatsınlar. Digər qaranlıq məqamları isə verilişə baxıb izləyə bilərsiniz. Teleməkanda ilk dəfə açıqlanan məqamlar, Elarizin dayanmayan göz yaşları, haldan-hala düşməsi, aparıcının yaşadığı həyəcanlı anlar lentə alınaraq tamaşaçıya çatdırılacaq. Baxmağa dəyər ("OLAYLAR").

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs