news Image
2014.06.19
11:42
| A A A
Mətanət İsgəndərli iki jurnalistin həbsini istəyir
Müğənni Mətanət İsgəndərli aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam (Valehoğlu) Alıyevi məhkəməyə verib. 


Media Hüququ İnstitutundan "Qafqazinfo"ya verilən məlumata görə, Tanınmış müğənni Mətanət İsgəndərova Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərindən Fariz Namazlının bildirdiyinə görə, hazırlıq iclası iyun ayının 19-da keçiriləcək. Vəkil defamasiyaya görə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini məhkəmədən tələb edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs