Əlaqə Arxiv
news Image
2014.06.19
13:54
| A A A
Fatimə tələbələri ilə birgə ermənilərlə sərhəddə – FOTO

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Daxili Qoşunların Tər-tər rayonunda yerləşən "N" saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. Movqe.az-a açıqlama verən rəqqasə bildirib ki, ermənilərlə sərhəd hərbi hissədə əsgərlər qarşısında çıxış etmək onun üçün çox qürurvericidir: "Artıq bir neçə saat olar ki, konsertə start vermişik. Konsertdə mənim öz çıxışımdan savayı, tələbələrimin də çıxışı oldu. Tər-tərə gəlmək, əsgərlərin qarşında çıxış etmək bu mənim üçün çox xoşdur. Bu bir Azərbaycan vətəndaşı kimi mənə qürur verir. Açığı bu mənim Daxili Qoşunlarda sayca verdiyim neçənci konsert olduğunu bilmirəm. Çünki əsgərlərin qarşında çıxış etməyi hər zaman özümə borc bilmişəm. Onlar hər gün ermənilərlə üz-üzə qalırlar. Vətənimizin keşiyində dururlar. Allah əsgərlərimizi qorusun".

Xatırladaq ki, Tər-tərdə "Silahlı Qüvvələr günü" münasibəti ilə təşkil olunan konsertdə F.Fətəliyeva ilə eyni səhnəni müğənnilər Aslan Hüseynov, Aynur İsgəndərli, Gülnar Qüdrətli və başqa ifaçılarda çıxışı olub.

Konsertdən olan Fotoları təqdim edirik:


Sizin Reklam Yeriniz