news Image
2014.06.19
15:00
| A A A
Yaraşıqlı aparıcının 100 min istəyi...

"Space" kanalında yayımlanan "Şou+" verilişinin aparıcısı Tural Ozan gələcək planlarından danışıb. 


Axşam.az-ın məlumatına görə, aparıcı Türkiyənin məşhur şirkətlərinin onunla birlikdə Azərbaycanda yeni tele-layihələr həyata keçirmək istədiyini bildirib: 


"Amma bu haqda son qərarımı verməmişəm. Bəzi şərtləri müzakirə edirəm. Hal-hazırda böyük layihələr üzərində işləyirəm. Dünyaca məşhur layihələr var. Yerli kanallardan yalnız biri ilə görüşüb müzakirə eləmişik. Yaxşısı budur, ad çəkməyim hələ. Tamaşaçılar, ola bilsin, yeni mövsümdə məni tam fərqli formada görsünlər". 


O, yeni təkliflərə müsbət yanaşdığını vurğulayıb:

"Hansı kanaldan səviyyəli, böyük bir layihə təklifi gəlsə, müzakirələrə açığam. Hətta, xaricdə mənim xoşuma gələn bir məqam var. Aparıcılarla uzunmüddətli müqavilə bağlanılır. 100 min versələr, niyə də yox?! Zarafat deyil, müğənni səsi ilə qazanırsa, biz də simamızla pul qazanırıq. Sabah gedib nə tikintidə, nə də bankda işləyə bilmərəm ki...". 


Tural müğənnilərlə yaşadığı qalmaqallardan da bəhs edib: 


"Çoxları məni müğənnilərin, şou-biznesin qənimi kimi tanıyır. Həmişə verilişimdə, loru dildə desək, qonaqlarımı bir az sıxıram. Dəfələrlə böyük qalmaqallar yaşamışam. Amma buna baxmayaraq, çoxları ilə əlaqələrim yaxşıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs