Əlaqə Arxiv
news Image
2014.06.19
16:02
| A A A
Çiyni çıxan Kənan MM: "Ət sümükdən ayrılıb" - video
Dünən "Ulduzların döyüşü" yarışında rejissor Kənan Mahmudov müğənni Vüqar Muradova uduzub. Mövqe.az xəbər verir ki, çoxlarının favoriti olan Kənan MM bu məğlubiyyətinə belə haqq qazandırıb: "Elə idmançı var ki, gedir yarışa uduzur gəlir. Deyir ki, udmuşam amma rejissor varki 5 raund dayanmadan var gücüylə döyüşür dəqiqə yarım qalmış çiyni çıxır. Həkimlər çiynini salır və həmin qoluyla yenə vuruşur. İkinci dəfə 30 saniyə qalmış yenə həmin çiyni çıxır. Bu dəfə həkimlər vuruşmağa izin vermir. Heç bilirsiz bu nə ağrıdı? Yox bilmirsiniz və istəmərəmdə biləsiniz. Ət sümükdən ayrılıb... Ona görə də bəzi səviyyəsiz idmançılar qalibiyyət statusu yazanda diqqətli olun. Yoxsa cümlələrimə fikir vermərəm. Ağıllı olun. Hər kəs özü haqqda həqiqəti bilir". 






Sizin Reklam Yeriniz