Əlaqə Arxiv
news Image
2014.06.19
18:41
| A A A
Prodüsser müğənni sevgilisindən niyə ayrıldı?

Azərbaycanlı prodüser Humay Muxtarova ilə müğənni Elvin Abbasov işbirliyinə son qoyulub. Bu barədə Mövqe.az-a açıqlama verən prodüser bildirib ki, müğənni ilə ayrılmasına bir səbəblər var: "Elvin Abbasov ilə işbirliyimizin yaranması və tez bir zamanda bunun sona çatmasına bir çox səbəblər var. Amma həmin səbəbləri açıqlamaq istəmirəm. Bir tək səbəbi deyəcəyəm ki, məni tanıyanlar insanlar da bilsinlər ki, Elvin Abbasov ilə ayrılmağımıza, işbirliyimizə son qoyulmasına səbəb səhv insanların öz mövqeləriylə Elvinə təsir etmələri və Elvinin bu qərərı qəbul etməsiylə bitdi. Mən də belə bir qərarə gəldim ki, həqiqətən işbirliyimizə son qoyulsun. Elvin səhv insanların səhv mövqelərinə uydu və bu fikrim ünvanlı olaraq sahibinə çatacaq.

Təbii ki, işbirliyimiz bitdikdən sonra əvvəlki kimi sıx münasibətdən söz gedə bilməz. Sağollaşıb və tamamiylə işbirliyimizə son qoyulmasını bildirmişəm. Bir çox insanlar mənə mesaj yazaraq soruşurlar ki, niyə ayrıldınız? Axı siz "sevgili" idiniz, yoxsa pis insanlar sizin münasibətlərinizə təsir etdi? Sadəcə onların bütün ünvanladığı suallara cavab olaraq onu deyirəm ki, səhv insanların səhv mövqədən çıxışlarına uyan Elvin Abbasov məndən uzaqlaşdı", - H.Muxtarova söyləyib.

Prodüser bundan sonrakı işləriylə bağlı da fikirləni açıqlayıb. O, qeyd edib ki, bundan sonra hər hansı bir müğənni ilə çalışmaq fikri planlarında yoxdur: "İsti və gözəl yay günlərində mükəmməl layihələr və konsert proqramları hazırlayacağam. Ən əsası qarşıdan gələn Ramazan bayramı ərəfəsində uşaq evlərində xeyriyyə konserti təşkil edəcəyəm və xeyriyyə layihələrimi həyata keçirəcəyəm. Valideyn himayəsindən məhrum olan uşaqlarımızın, körpələrimizin qəlbində sevinc hissinin yaşatmaq və onlara ən gözəl anları bəxş etmək istəyirəm. Hazırda da bu layihələr üzərinda çalışıram və bir çox müğənnilərimiz də bu layihələrdə iştirak edəcəklər" – H.Muxtarova deyib.

Məlumat üçün bildirək ki, işbirliyləri zamanı müğənni Elvin Abbasovun ifa etdiyi "Sən gedəndən" adlı mahnıya çəkilən klipdə prodüser Humay Muxtarova da rol alıb. Klipin təqdim olunmasından sonra izləyən hər şəxs onları sevgili bilirdilər, amma cütlük israrla buna qarşı gəlirdilər.

Sizin Reklam Yeriniz