Əlaqə Arxiv
news Image
2014.06.20
11:06
| A A A
AzTV-nin əməkdaşını maşın vurub qaçdı

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanova yolu keçərkən sürücüsü məlum olmayan "VAZ- 2106" markalı avtomobil tərəfindən vurulub.

Movqe.az-ın məlumatına görə, bu barədə APA-ya jurnalistin yaxınları məlumat verib.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

A.Sultanova ağır bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Telejurnalist reanimasiya şöbəsində yerləşdirilib, müalicəsi davam etdirilir.

Sizin Reklam Yeriniz