news Image
2014.06.20
10:29
| A A A
Türkiyəli rejissor müğənnimizə heyran qalıb

Qardaş Türkiyədə "Azərbaycanın daha bir ünlü ismi" deyə bir sənətçimizin də təbliğatına başlayır. Mövqe.az xəbər verir ki, Müslum Gursəsin rejissoru kimi tanınan, xalq artisti Aygün Kazımovaya da klip çəkmiş rejissor Zafer Ünlü təsadüfən Sevinc Musayevanın "İstanbulda liman" adlı mahnısını dinləyib. Nəğməni o qədər bəyənib ki, bu mahnıya İstanbulda boğaz içində klip çəkməyi planlaşdırıb. Klipin və bu mahnının İstanbula həsr olunmuş mahnılar içində özəl yer tutacağına əmin olan rejissor Aygün Kazımova ilə də növbəti dəfə işbirliyi qurmaq arzusundadır.

Rejissor öz səhifəsində və həmçinin Türkiyənin maqazin saytlarında artıq Azərbaycanın gənc müğənnisi ilə işbirliyindən söz açılıb. Bununla da Sevinc Musayeva Türkiyənin maqazin portallarında xəbərləri yayılan bir neçə Azərbaycan sənətçisindən biri olub. Türkiyənin bir neçə magazin saytı belə gənc sənətçimizin dəyərləndirilməsindən yazıb. Türkiyənin Web.Tv-si isə artıq sözügedən "İstanbulda Liman" mahnısı yayımlamaqdadır.

Qeyd edək ki, Sevinc Musayeva Türkiyədə haqqında xəbərlərin yayılmasına, bu mahnının piarına və bir çox məsələlərə qətiyyən maliyyə vəsaiti xərcləmədiyini bəyan edib. Amma İstanbulda Liman məhz Türkiyədə çəkilməli olduğundan Zafer bəyin təklifi göydəndüşmə fürsət olub və bu layihə tezliklə reallaşacaq. Artıq rejissor daha ətraflı danışıqlar üçün Bakıya dəvət olunub. Onun Aygün Kazımova ilə görüşmək istədiyi də bildirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs