Əlaqə Arxiv
news Image
2014.06.20
18:18
| A A A
Rza Zərrab indi də adam döydü
Muğlanın Bodrum mahalında yaşayan vətəndaşların sərt reaksiyasına məruz qalan Rza Zarrabın hücum çəkərək adamlardan birini döydüyü iddia edildi.

Aktual.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bodrumda dənizə girərkən görüntülənən Rza Zərrab bölgədəki vətəndaşların reaksiyası ilə qarşılaşıb.


Vətəndaşlardan biri ona "oğru" dedikdən sonra üzərək bölgədən uzaqlaşıb.

"O gəmini kimin puluyla aldın" sualına isə Zərrab belə cavab verib: " Onun, bunun pulundan bir azca borc aldım" .

Rzanın gəmilərinə baxan insanlar limana enər- enməz Zərrab və qorumalarının hücumuna məruz qalıb.

Gəmidə olan 25 adamdan biri Rza tərəfindən möhkəmcə döyülüb, o, hadisə yerindən çətinliklə uzaqlaşdırılıb.
Sizin Reklam Yeriniz