Əlaqə Arxiv
news Image
2014.06.23
12:45
| A A A
Aygün "Gecələr"lə davam etdi

Müğənni Aygün Məmmədova repertuarına bu dəfə həzin musiqinin müşayiəti ilə yeni nəğmə daxil edib və onu Youtube kanalında yerləşdirib. Movqe.az xəbər verir ki, "Gecələr" adlanan şeirin müəllifi istedadlı şairə Nəzakət Nəmand, aranjemanı Neyman Mustafazadədir. Nəzakət xanımın şeirlərinə artıq bir neçə mahnı oxuyan Aygün xanım, əməkdaşlığını bu dəfə "Gecələr"lə davam etdirib.

Müğənninin dinləyicilərindən biri hazır kompazısıyanı video şəklində yığıb. Video görüntülər mahnını məhşur "Evim sənsin" filminin kadrları ilə tamamlayıb.

Qeyd edək ki, Nəzakət Nəman yaxın günlərdə oxucularına yeni kitabını təqdim edəcək.

Sizin Reklam Yeriniz