news Image
2014.06.24
09:43
| A A A
Namiq və Aygün ayrılığına səbəbkar Oksanadırmı?- ETİRAF
Məşhur rəqqasə Oksana Rəsulova yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Mövqe.az xəbər verir ki, 3 dəfə rəsmi nigaha girən rəqqasə bunu ilk dəfə "Onlar" da etiraf edib: Bəli 3 dəfə nigahda olmuşam. Birinci dəfə 17, ikinci dəfə 25 yaşında ailə qurmuşam. Ancaq yeganə qəbul etdiyim evlilik Elşad Xose ilə olub. 


Xalq artisti Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun ayrılmasında günahlandırılan rəqqasə bu sualı da cavabsız qoymayıb. Xəbəri təkzib edən rəqqasə bu xəbəri sadəcə şeyə adlandırıb: "Mən bu suala ümumiyyətlə cavab vermək istəmirəm. Əsassızdı. Mən heç bilmirəm bu şayələr hardan yaranıb. Konkret olaraq Namiq Qaraçuxurlu ilə mənim münasibətim olmayıb".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs