Aparıcı Aytən Səfərova yenidən cəsarətli açıqlaması ilə yenidən gündəmə gəlib. Mövqe.az xəbər verir ki, bu dəfə əməkdar artist Aybəniz Haşımovanın bostanını daşlayan aparıcı xanım əməkdar artistin qızı Aynişan haqqında da fikir bildirib: "Harda "Evrovision" yarışında qəşəng oğlan var, Aynişanın şəklini onunla görürəm. Acıqlarına gəlməsin, mən sözü deyənəm. Kim bəyənir, bəyənir, bəyənmirsə də özü bilər".
Aparıcı A. Haşımovanın "Eurovision 2014"ün qalibi Konçita Vurst barədə dediklərini də bəyənməyib: "Aybəniz xanım münsif idi. Münsif isə iştirakçının şəxsi həyatına müdaxilə etməməlidir. Konçitanın ifası qiymətləndirilməli idi. Şəxsi həyatı yox".
Xatırladaq ki, dünən A. Haşımova sosial
şəbəkədə Konçitanı qınayıb: ""Fərid
Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır. O, dünya
musiqisinə uşaqlıq illərindən müraciət edib. "Eurovison" qalibinin
mahnısını bəyənib və oxuyub. Buna başqa don geyindirmək lazım
deyil. Fəridin əqidəsinə mənim qədər heç kəs bələd ola bilməz.
Fərid ölkəmizin nadir istedadlarındandır. Onları ucaltmağa çalışmaq
lazımdır, endirməyə yox".