news Image
2014.06.24
11:46
| A A A
"Sizin üçün oyuncaq deyiləm" - aparıcını özündən çıxardılar
ATV-nin əməkdaşı İlhamə Bədəlova efir vasitəsilə xəbərdarlıq edib.

Axşam.az-ın məlumatına görə, aparıcı toyunun təxirə düşməsi ilə bağlı yazılan xəbərlərə əsəbləşib.
O, aparıcılıq etdiyi "Bu bir sirdir" verilişində bunları deyib:

"Bu addımı atmağa məni məcbur edirlər. Hər səhər saytları oxuyuram. Haqqımda "İlhamənin toyu təxirə düşdü" xəbərini gördüm. Əsəbdən əsirəm. Bunu araşdırmaq istəmirəm, çünki bilirəm ki, arxasında həmkarlarım dayanır. Mən sizin üçün oyuncaq deyiləm, məni şəxsi həyatımla gündəmə gətirməyin. İşdən çıxarılsam belə, efir vasitəsilə bunu deməliyəm. Kimə şəxsi həyatımla bağlı nəsə maraqlıdırsa, özümə zəng etsin, bütün sualları cavablandıracam. Hətta istəsələr, gedib nişanlımla şəkil də çəkdirərəm".

Qeyd edək ki, İlhamə Bədəlova apreldə Murad Fətulla adlı şəxslə nişanlanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs