Əlaqə Arxiv
news Image
2014.06.25
12:12
| A A A
Ölümündən sonra varislərinə pul qazandıran müğənni

Maykl Cekson 5 il əvvəl bu gün həyata vida etmişdi. Ölümü ilə 500 milyon dollar borc buraxan Cekson, ölümündən sonra isə varislərinə 700 milyon dollardan çox pul qazandırıb.


Movqe.Az xəbər verir ki, pop kralı Maykl Ceksonun pərəstişkarları, müğənninin ölümünün 5-ci il dönümü üçün, bu gün məzarı başında görüşür. 25 iyun 2009-cu ildə ölən müğənninin o tarixdən bəri varislərinə 700 milyon dollardan çox pul qazandırdığı, bu miqdarın məşhur müğənninin sağ olarkən qazandığı puldan belə daha çox olduğu deyilir. "Michael Jackson Inc." adlı bir kitab yazan Zack Qrinburq "Popun Kralı" olaraq xatırlanan müğənninin gəlirlərinin "Michael Jackson Estate" adlı şirkətdə toplandığını, gəlirlərin əhəmiyyətli bir hissəsinin də Ceksonun həyatının son dövründə aldığı borcları ödəmək üçün istifadə edildiyini deyib.

Sizin Reklam Yeriniz