Əlaqə Arxiv
news Image
2014.06.25
12:11
| A A A
"Televiziyadan getməlisən!"- Rövşanə Bektaşi
Aparıcı Rövşanə Bektaşi maraqlı açıqlaması ilə gündəmə gəlib. Mövqe.az xəbər verir ki, aparıcı televiziyada mövsümün sonu ilə əlaqədar yorğunluğundan danışıb: "Mövsümün sonunda yorulmaq olur. Çünki hər birimiz insanıq. Fikiki cəhətdən insan yorula bilər. Ancaq tükənmək olmaz. Tükəndinsə televiziyadan getməlisən. Peşəkar TV işçisi heç vaxt tükənə bilməz".


Aparıcı açıqlamasında bazar günü onun verlişinin ən yüksək reytinq göstəricisi olduğunu bildirib: "Bazar günü üçün verlişim ən öndə gedir. Bu təbii ki, qürurvericidir. Ancaq çox təəssüf ki, ciddi mövzulardan danışanda həmin mövzular reytinq gətirmir. Amma hər hansı müğənninin haylı-küylü, bayağı mahnısı müzakirə olunanda yüksək reytinq gətirir".

Sizin Reklam Yeriniz