Əlaqə Arxiv
news Image
2012.07.04
17:20
| A A A
Tatlısesdən radikal qərar
Movqe.Az türk mediasına istinadən bildirir ki, İbrahim Tatlıses radikal bir qərar aldığını söyləyərək işlərini kiçiltdiyini açıqlayıb. Tatlıses bildirib ki, "Artıq işlərimi kiçildirəm.  Nə qədər kiçilsən o qədər böyüyərsən. 20 il əvvəl oğuluma da eyni şeyi demişdim. Həm mənəvi, həm maddi cəhətdən. Məsələn, köynəkləri hər hansı bir tekstilçiyə təhvil verirəm. Televiziyaları da təhvil verirəm. Heç bir şey qalmadı. Əlimdə yalnız kabab qaldı."

Qəzadan sonra 107 kilo olduğunu açıqlayan İbrahim Tatlıses, 1 ildə 15  kilo arıqladığını söyləyib. 107 kilodan 92 kiloya endiyini açıqlayan Tatlısesin məqsədi 88 kiloya enməkdir.

Ayşe Özyılmazelin "Evlilik həyatınızda xoşbəxtsiniz?" sualına Tatlıses belə cavab verib. "Xoşbəxtəm təbii ki. Niyə də olmayım? Evliliyim səninkindən daha yaxşı gedir. İndiki ağlım olsaydı 5-6 dəfə evlənərdim. Bizim münasibətimiz 10 ayı keçib artıq. İnşallah daha da çox sürəcək. Belə bir söz var, "Arvadın gözəldirsə nə işin var toy evində? Toy sənin evində, sən toy evində. Gir əylən, çıx əylən. Arvadın çirkindirsə cənazə sənin evində. Gir ağla, çıx ağla."

Sizin Reklam Yeriniz