news Image
2014.06.27
11:39
| A A A
Kişi müğənni canlı yayımda ona edilən təklifdən imtina etdi !
Gənc müğənni Müşviq Mahmudov ona gələn sponsorluq təklifini qəbul etməyib. Mövqe.az xəbər verir ki, "ATV" kanalında yayımlanan "Bu, bir sirrdir" verilişində qonaq olarkən canlı yayımda belə təklif alan müğənni əvvəl bunu ciddi qəbul etməyib. Verilişdən sonra sponsorluq təklif edən şəxs yenidən onunla telefon əlaqəsi yaradaraq təklifin ciddi olduğunu bildirib. Fəqət Müşviq təklifdən imtina edib. Bu haqda müğənni açqılamasında bunları deyib: "Əvvəla mənə atam maddi dəstək göstərir. Onun dəstəyi təmənnasızdır. Amma başqa sponsor təklifləri həmişə təmənnalı olur və bəzən belə hallarda xoşagəlməz məqamlar yaşanır. Sponsor kiməsə elə-belə sponsorluq etmir. Bunun altında müxtəlif fikirlər olur. Hətta çirkin istək və təkliflər də. Bəzi sənətçilərimiz üçün fərqi yoxdur, nəfslərinə uyub sponsorlarla "anlaşırlar". Sonra da xoşagəlməz dedi-qodular ortaya çıxır. Amma mənim belə nüanslara bulaşmaq niyyətim yoxdu. Ən yaxşısı, bir müddət mən atama güvənib sənətimlə məşğul olacam. Tam istədiyim kimi tanınandan və qazancım olduqdan sonra isə atamın da borcundan çıxacam".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs