news Image
2014.06.30
18:30
| A A A
" Güclü sponsor lazımdır" - İzzət

Müğənni İzzət Bağırov canlı efirdə milyonların qarşısında söz verdi.

Gecce.az xəbər verir ki, bu gün "Xəzər" telekanalında yayımlanan verlişlərdən birində qonaq olan İzzət Bağırov, artıq neçə ildir ki, "8 Mart" Beynəlxalq Qadınlar Bayramı ərəfəsində konsert təşkil etməməsinin səbəblərini açıqlayıb:

 

4-5 ildir "8 Mart" ərəfəsində ona görə konsert vermirəm ki, "arenda" pulu daxil hər şey bu gün çox bahadır. Bunun üçün güclü sponsor lazımdır ki, heç olmasa "arenda"nın pulunu vermək üçün. O vaxt mənim konsertimin biletləri ən baha biletlər idi. 40-50 manat idi. Elə olurdu ki bir ailədən beş, altı nəfər gəlirdi konsertimə. İndi gərək o arendanın pulu çıxartmaq üçün biletin qiymətini 150 manat edək. Konsertim o zaman bir ailəyə 1000 Azn-ə başa gələr. Bu, ailədə böyük bir faciədir. Ona görə də mən çəkilib kənara gözləmə mövqeyi tuturam. Amma bu il "şeytanın qıçını sındırmaq istəyirəm". Bu il "8 Mart" ərəfəsində kosertim gözlənilir. Söz verirəm ki, konsertim olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs