news Image
2014.07.02
14:51
| A A A
Faiq Ağayev evlənəcəyi günü açıqladı

Show.az bildirir ki, Xalq artisti Faiq Ağayev qonağı olduğu "Düz üzünə" verilişində maraqlı açıqlamalar verib. Ailə qurmağa tələsmədiyini söyləyən xalq artisti sevgisini tapdığına dair bir işarə də verib. "Evlənmək, tək qalmamaq xətrinə ailə qurmaq istəmirəm. Gərək dəlicəsinə sevəm ki, evlənəm. Deyəsən, həmin astanadayam". 

Bir vaxtlar bir xanım müğənnini sevməsi barədə açıqlama verən Faiq Ağayev israrla onun adını çəkmək istəməyib. 

"Mən İlhamə xanımı da, Aygünü də, Nisə xanımı da çox sevirəm. Amma həmin sevdiyim adamla bağlı efirdə nəsə demək istəmirəm". 

Veriliş ərzində xalq artistinin narkotikdən istifadə etməsi məsələsinə də toxunulub. Aparıcı İradə İsaqın "deyilənə görə tez-tez "Kubinka"ya gedib-gəlirsiniz" replikasına belə cavab verib: "Narkotik istifadə etsəydim, heç vaxt belə ağıllı danışa bilməzdim. Çünki narkotikdən istifadə edən insanların beyni quruyur. Yanmda o qədər belə hadisələr olub. 

"Kubinka"da dostumun qohumları yaşayır. O ki qaldı ora getməyimə, bir köpəyoğlu deyə bilməz ki, mən narkotikdən istifadə etmişəm. Heç vaxt etməmişəm. Amma gecələr halım pis olanda, toyda, məclisdə, qonaqlıqda içirəm. O da qədərində".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs