news Image
2012.07.05
17:35
| A A A
Ən çox qazanan film prodüserləri
Türkiyə bu il beşinci dəfə nəşr olunan "Ən Çox Qazanan serialın prodüserləri" siyahısını açıqladı.

Movqe.az xəbər verir ki, 2011 - 2012 mövsümündə Türkiyənin çox qazanan seril prodüserləri açıqlanıb. Siyahının zirvəsində 7,2 milyon lirəlik (təxminən 3,1 milyon manat) gəliri ilə "Fatmagülün Suçu Ne" serialının prodüseri Kərəm Çatay dayanır. Siyahıya görə mövsümü ikisi Kanal D ("Fatmagülün Suçu Ne", "Kuzey Güney"), ikisi ATV ("Al Yazmalım", "Son") kanallrında yayımlanan dörd serialla bağlayan Kerem Çatay 75 milyon litra ilə ilin ən çox gəlir gətirən və qazanan prodüseri olub. Doğan Yayın Holding təxminən 1,7 milyonluq gəliri ilə siyahıda ikinci sıradadır. Keçənilki siyahının zirvəsində yer alan "Tims Productions"un sahibi Tiymur Savcı isə bu dəfə  istehsalçısı olduğu üç serialla ("Muhteşem Yüzyıl", "Suskunlar", "Mazi Kalbimde Yaradır") təxminən 1 milyon manat qazancla mövsumü bağlayaraq, ən çox qazanan prodüserlər sırasında üçüncü yerədir. İlin ən əhəmiyyətli çıxışına isə "Süreç Film"in sahibi olan Əli Gündoğdu imza atıb. Gündoğdu yeddi serial proyektiylə ("Alemin Kıralı", "Kalbim Seni Seçti", "Yahşi Cazibe", "Uçurum", "Türkün Uzayla İmtihanı", "Sihirli Annem" ve "Dedektif Memoli") yorğun və məhsuldar bir mövsüm keçirib. Sezon boyunca 19 dizi yayımlayan Star, önəmli alıcı halına gəlib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs